NASA-dan yeni missiya: ŞOK ARAŞDIRMA
NASA, Marsın itmiş atmosferinin sirrini çözmək üçün iki əkiz peyki kosmosa göndərdi.
ESCAPADE (Escape and Plasma Acceleration and Dynamics Explorers) adlı missiya, Qızıl Planetin bir zamanlar qalın olan atmosferi və maye suyunun necə yox olduğunu anlamağı hədəfləyir.
Space.com-a görə, Florida, Cape Canaveral bazasından 10 noyabr səhəri Blue Origin-in New Glenn raketi ilə buraxılan 80 milyon dollarlıq missiya çərçivəsində “Blue” və “Gold” adlandırılan iki peyk Mars orbitində birlikdə fəaliyyət göstərəcək.
ESCAPADE, NASA-nın başqa bir planetə göndərdiyi ilk cüt peyk missiyasıdır. Missiya, Günəşdən gələn yüklü hissəcik axını olan Günəş küləyinin Mars atmosferinə təsirini üçölçülü şəkildə öyrənəcək.
“Marsın iqlim evrimini anlamaq”
Missiyanın baş tədqiqatçısı və Kaliforniya Universitetindən Robert Lillis bildirib: “Günəş küləyinin atmosfer itkisini necə tetiklediğini anlamaq, Marsın iqlim evrimini çözməyin əsas açarıdır.” Lillisə görə, bu cüt missiya “stereo baxış bucağı” təmin edərək eyni anda iki fərqli nöqtədən ölçmə aparmağa imkan verəcək.
Geoloji tapıntılar göstərir ki, Mars bir zamanlar çaylara və su ilə əmələ gəlmiş minerallara sahib idi. Lakin təxminən 4 milyard il əvvəl planetin maqnit sahəsi zəifləyib. Bu qoruyucu qalxan aradan qalxdıqda Günəş küləyi atmosferi tədricən süpürərək Marsı bu gün bildiyimiz soyuq və quru səhraya çevirib.
NASA-nın əvvəlki missiyaları (MAVEN, Mars Global Surveyor, Emirates Mars Mission) planetin qlobal maqnit sahəsinin olmadığını, lakin qabığında yerli “maqnit baloncuklar”ın mövcud olduğunu ortaya qoymuşdu. Lakin tək peyklə aparılan müşahidələr məhdud qalırdı. ESCAPADE peykləri sayəsində alimlər atmosferdəki dəyişiklikləri iki ilə otuz dəqiqə intervalında eyni vaxtda izləyə biləcəklər.
Peyklərin Marsa çatması 2027-ci ilin sentyabrına planlaşdırılır
Peyklərin Marsa 2027-ci ilin sentyabrında çatması gözlənilir. Təxminən yeddi aylıq orbit düzəlişlərindən sonra 160 kilometr yüksəklikdən birlikdə uçacaqlar. Altı aylıq birgə müşahidədən sonra fərqli orbitlərə ayrılaraq Günəş küləyi ilə Mars atmosferi arasındakı enerji və maddə axınını üçölçülü xəritələyəcəklər.
Hər biri bir fotokopi maşını ölçüsündə olan peyklər elektrik analizatorları, maqnetometrlər və plazma sensorları daşıyır. Bundan əlavə, Şimali Arizona Universiteti tələbələrinin hazırladığı kameralar Marsın yaşıl şimal işıqlarını da görüntüləyə bilər.
ESCAPADE, Marsa getmək üçün ənənəvi marşrutdan fərqli bir yol sınaqdan keçirəcək. Peyklər birbaşa Marsa yönəlmək əvəzinə əvvəlcə Yer ilə Günəş arasındakı Lagrange nöqtəsinə gedəcək, sonra 2026-cı ildə oradan Marsa “sapan effekti” ilə göndəriləcək. Bu yeni metod gələcək Mars missiyalarını zaman məhdudiyyətlərindən qurtara bilər.
Missiya zamanı əldə ediləcək məlumatlar Marsın ionosferinin davranışını anlamağa da kömək edəcək. Bu məlumatlar gələcək insanlı missiyalarda ünsiyyət və naviqasiya baxımından həyati əhəmiyyət daşıyacaq. Alimlərə görə, missiya Marsda yeraltında hələ də maye suyun olub-olmaması barədə ipucları verə bilər.