Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Ermənistan-Azərbaycan sərhədində baş verən yanğın
Ermənistan-Azərbaycan sərhədində baş verən yanğın
Gündəm

Ermənistan-Azərbaycan sərhədində baş verən yanğın DAVAM EDİR

Xpress.az Redaksiyası 12.11.2025 21:30

Azərbaycanla Ermənistan arasındakı ərazidə baş vermiş yanğının böyüməsinin qarşısının alınması istiqamətində işlər davam etdirilir.

 Gədəbəy rayon İsalı, Dördlər və Mormor kəndlərinin Ermənistanla sərhədyanı ərazisində (neytral ərazi) dörd gündür davam edən yanğının kəndlərə, xüsusən də meşəlik sahələrə keçməməsi üçün Fövqəladə Hallar Nazirliyinin Gədəbəy rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Relyefin mürəkkəbliyi səbəbindən xüsusi texnikaları əraziyə cəlb etmək mümkün deyil.

Mütəmadi olaraq güclənən külək yanğınsöndürmə işlərini çətinləşdirsə də, yanğınla mübarizə tədbirləri əl üsulu ilə fasiləsiz olaraq davam etdirilir.

Qeyd edək ki, Azərbaycan və Ermənistan mediasında yayılan xəbərlərə görə, bir neçə gündür ki, Ermənistan-Azərbaycan şərti sərhədinin Gədəbəy rayonu istiqamətində genişmiqyaslı yanğınlar müşahidə olunur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək