Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Azərbaycanda saytlara girişdə
Azərbaycanda saytlara girişdə
Gündəm

Azərbaycanda saytlara girişdə PROBLEM YARANDI

Xpress.az Redaksiyası 18.11.2025 18:59

Azərbaycanda bir sıra xəbər portallarına daxil olmaqda çətinliklər qeydə alınıb.

Artıq bir neçə dəqiqədir ki, müxtəlif media resurslarına giriş ya mümkün olmur, ya da səhifələr çox gec yüklənir.

Problemin genişmiqyaslı olduğu bildirilir. İstifadəçilər həm kompüterdən, həm də mobil cihazlardan daxil olarkən "Cloudflare" Error tipli bildirişlər alır. Bu cür xətalar adətən saytların təhlükəsizlik və iş yükünü idarə edən beynəlxalq "Cloudflare" xidmətində yaranan texniki nasazlıqlarla bağlı olur.

"Cloudflare" artıq məsələni təsdiqləyib və rəsmi açıqlamasında bildirilib: “Cloudflare" bir neçə müştəriyə təsir edən texniki problemi araşdırır. Daha ətraflı məlumat əldə olunduqca paylaşılacaq.”

Hazırda xidmətin şəbəkə infrastrukturu üzrə qlobal miqyaslı nasazlıq ehtimalı istisna olunmur. Problemlər bəzi saytlara tam girişin mümkünsüzlüyü, bəzilərində isə səhifələrin yüklənmə sürətinin kəskin aşağı düşməsi ilə müşahidə olunur.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək