Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Pakistan vətəndaşı "Park Bulvar"da oğurluq etdi -
Pakistan vətəndaşı "Park Bulvar"da oğurluq etdi -
Gündəm

Pakistan vətəndaşı "Park Bulvar"da oğurluq etdi - Həbs olundu

Xpress.az Redaksiyası 26.11.2025 14:33

Səbail rayonu, "Park Bulvar” Ticarət Mərkəzində oğurluq edən xarici ölkə vətəndaşı həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, 21 fevral 1997-ci ildə Pakistan İslam Respublikasında doğulmuş Mustaq Muhammad oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə açılmış işə məhkəmədə baxılıb. 

Məlum olub ki, Mustaq axşam saat 22:00 radələrində Səbail rayonu, "Park Bulvar” Ticarət Mərkəzində restoranların birində müştərinin telefonunu oğurlayıb. O, masanın üzərindən "Redmi” markalı mobil telefonları götürərək 400 manata H.G. adlı şəxsə ziyan vurub. 

Oğurladığı telefonu satıb, pulunu xərclədiyini deyən Mustaq Muhammad ziyanı ödəyə bilməyəcəyini, əməlindən peşman olduğunu, bir daha heç bir qanun pozuntusu etməyəcəyini bildirib.

Məhkəmənin hökmü ilə o, 2 ay müddətdə həbs olunub.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək