Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Gündəm Tanınmış jurnalist
Tanınmış jurnalist
Gündəm

Tanınmış jurnalist HƏBS OLUNDU

Xpress.az Redaksiyası 16.02.2026 13:27

Rusiya məhkəməsi “Dojd” nəşrinin jurnalisti Yekaterina Kotrikadzeni Rusiya Silahlı Qüvvələri haqqında saxta məlumat yaymaqda təqsirli bilərək qiyabi qaydada məhkum edib.

Bu barədə REN TV Telegram kanalı məlumat yayıb.

Məlumata görə, jurnalist səkkiz il müddətinə azadlıqdan məhrum edilib. Bundan əlavə, ona dörd il müddətinə internet resurslarının və veb-saytların idarə edilməsi qadağan olunub.

İddia olunur ki, hökm Kotrikadzenin 2022-ci ildə messencerdə Rusiya Silahlı Qüvvələrinin fəaliyyəti ilə bağlı bilərəkdən yalan məlumatlar yayması ilə əlaqədardır.

Qeyd edək ki, “Dojd” nəşri Rusiya Ədliyyə Nazirliyi tərəfindən xarici agent media qurumu kimi siyahıya alınıb və Rusiyada arzuolunmaz təşkilat elan edilib. Yekaterina Kotrikadze də xarici agent kimi qeydiyyata alınıb./Ajans.az/

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək